Hadisə

Parkda sevgilisini qətlə yetirən qadının — MƏHKƏMƏSİ

Parkda sevgilisini qətlə yetirən qadının — MƏHKƏMƏSİ
 
 
 
 
 
 
 
 
 
 

Qəsdən adam öldürməkdə təqsirli bilinən Qasımova Günel Eldar qızının cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 16-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. 

Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə iş açılıb./Ölkə.az