Hadisə

Göygöldə biabırçı hadisə – juranlistin avtomobili oğurlandı və sonra bu hala salındı (FOTOLAR)

Göygöldə biabırçı hadisə – juranlistin avtomobili oğurlandı və sonra bu hala salındı (FOTOLAR)
 
 
 
 
 
 
 
 
 

 
 

Göygöl rayonunda jurnalistin avtomobilini oğurlayanlar onu əzərək yol kənarına atıblar.

Avqusutun 4-ü günün ikinci yarsında Göygöl rayonunun Mollacəlilli kəndində jurnalist – Xəbərçi İnformasiya Agentliyinin rəhbəri Vüqar Ələkbərova məxsus "Mersedes” markalı minik avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.Bu barədə Azinforum.az-a jurnalistin özü məlumat verib .Jurnalist bildirib ki, Mollacəlilli kəndində toyda olub və çıxanda isə avtomobili saxladığı yerdə görməyib: ” Maşının açarı yemək masasının üzərində olub və naməlum şəxs açarı oradan götürüb. Daha sonra isə avtomobili qaçıraraq kəndi tərk edib”.

Onun sözlərinə görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Göygöl rayon Polis şöbəsinin və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil elə Göygöl rayonunun ərazisində yolun kənarına atılmış vəziyyətə tapılıb. Məlum olub ki, avtomobili oğurlayanlar naməlum ərazidə qəza törədiblər və maşını vurublar. Sonra isə yol kənarına ataraq qaçıblar.

Qeyd edək ki,oğurluğu həyat keçirən və avtomobilə ciddi ziyan vuran şəxs və şəxslərin tapılıb məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.