Hadisə

SON DƏQİQƏ! Rusiyada YANĞIN - 5 azərbaycanlı ÖLDÜ

SON DƏQİQƏ! Rusiyada YANĞIN - 5 azərbaycanlı ÖLDÜ
 
 
 
 
 
 
 
Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda yerləşən istixanada yanğın baş verib.

Dogruxeber.az bildirir ki, azərbaycanlı iş adamı Əlibəy Nağıyevə məxsus istixanada baş vermiş yanğın nəticəsində 4 Azərbaycan vətəndaşı və əslən Azərbaycandan olan 1 nəfər Rusiya vətəndaşı ölüb.

Tərəvəz məhsullarının yetişdirildiyi istixanadakı yanğının qısaqapanma nəticəsində baş verdiyi bildirilir. 

Hadisə gecə saatlarında baş verdiyi üçün ölənlər yatılı vəziyyətdə olublar.

Ekspertiza nəticəsində iki nəfərin meyiti tanınıb./APA