Hadisə

Saatlıda orta yaşlı qadın bıçaqlanıb

Saatlıda orta yaşlı qadın bıçaqlanıb
 
 
 
 
 
 
 
 
Saatlı rayonunda bıçaqlanma olub.

"Report”un Aran bürosu xəbər verir ki, rayonun Seyidlər kəndində 1980-ci il təvəllüdlü yerli sakin Hüseynova Əsmət Niyam qızı bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib. Bıçaqlanma hadisəsinin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.