Hadisə

Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Şəmkirdə 2 avtomobil toqquşub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 381 km-də qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində ölüb. Hər iki avtomaşında olan 4 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.