Hadisə

Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub

Goranboy rayonunun Goran qəsəbəsində "KAMAZ” markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.