Hadisə / Dünya

Əfqanıstanda 2 partlayış - 10 ölü

Əfqanıstanda baş vermiş iki ayrı partlayış nəticəsində azı 10 nəfər həlak olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, ölkənin şərqindəki Laqman əyalətində uşaqlar tapdığı partlayıcı qurğu ilə oynamağa başlayanda partlayış baş verib. Nəticədə altı uşaq həlak olub.

 

Digər partlayış isə Əfqanıstanın cənubundakı Zabul əyalətində baş verib. Burada avtomobilin minanın üzərinə çıxması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.