Hadisə

Komitə qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) qanunsuz yolla keçirilən xeyli sayda qaz balonu aşkar edib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DGK-dan verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

 

Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd "Freon® ;404A" markalanma yazısı olan qaz balonları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.