Hadisə

Sumqayıt polisi 9 nəfərdən oğurluq edən şəxsi saxlayıb

Sumqayıt polisi 9 nəfərdən oğurluq edən şəxsi saxlayıb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-dən avqustun 12-dək olan müddətdə şəhər sakinləri olan 9 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb, əvvəllər məhkum olunmuş daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.