Hadisə

Belarusda məhbus edam edildi


Üç qətl hadisəsində təqsirli bilinmiş və barəsində ölüm hökmü verilmiş Belarus vətəndaşı edam olunub.

Virtualaz.org RT-yə istinadən xəbər verir ki, bu barədə edam edilmiş Aleksandr Jilnikovun yaxınlarına istinadən "Vesna” hüquq müdafiə mərkəzi məlumat yayıb.

"Hələlik iş üzrə həbs edilmiş ikinci şəxsin – Vyaçeslav Suxarkonun taleyi məlum deyil. Lakin təcrübə göstərir ki, edam cəzası eyni işə görə həmin cəzaya layiq görülmüş bütün məhbuslar barəsində eyni vaxtda icra olunur”, - hüquq müdafiəçiləri bildirib.

Sifarişli qətl hadisəsi 2015-ci ildə Minskdə törədilmişdi