Hadisə

Bakıda arvadını iplə boğan şəxsin etirafı - “Xəyanətə görə öldürdüm”

Kanal14.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Qaradağ rayonunda baş verib.

Rayonun Lökbatan qəsəbəsində yaşayan 58 yaşlı Yardımlı rayon sakini Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 44 yaşlı Ofeliya İmanovanı iplə boğaraq öldürüb. 

 

Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.