Hadisə

Xırdalanda yolu keçən piyadanı maşın vurub öldürdü

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 11-də saat 23 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Murtuzəli Güləliyevi vurub.

 

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.