Hadisə

Bakıda beşmərtəbəli binada yanğın — 15 nəfər təxliyə olundu

http://olke.az/uploads/1553664832/yangind.jpg
 
 
Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.