Hadisə

Gəncədə qadın piyadanı vurub öldürən sürücü saxlanılıb

Gəncədə qadın piyadanı vurub öldürən sürücü saxlanılıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən  verilən məlumata görə, avqustun 1-də saat 20 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Xədicə Bağırova vurulub.

 

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Tural Qocayev saxlanılıb.