Hadisə

Süni göldə batan 18 yaşlı gəncin meyiti tapılıb

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

 

13:56

Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.