Hadisə

Bakıda yaşayış binasında yanğın — Təxliyə edilənlər var

http://olke.az/uploads/1552626448/edfrtghygfrd.jpg
 
Bakıda yanğın qeydə alınıb.

FHN-dən  verilən məlumata görə, şəhərin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.