Hadisə

Şəmkirdə qəza — Ölən və yaralananlar var

http://olke.az/uploads/1552109624/qezayuk.jpg
 
Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi TIR tipli yük maşını "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı ölən və yaralananlar var. Ölənlər "VAZ"-da olan Ruslan Kazımov və Elxan Cəlilovdur.

Yaralılar xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.