Şirvanda ağır qəza — 4 nəfər xəsarət aldı
Şirvan şəhərində xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şirvan şəhəri ərazisində baş verib. "Mitsubishi" və "Mercedes” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.