Hadisə

Ər arvadını və qayınanasını baltaladı, evi yandırdı — Bərdədə dəhşətli cinayət (FOTOLAR)

http://olke.az/uploads/1551503308/baltaqetl.jpg
 
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Kətəlparaq kəndində baş verib.Yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.