Hadisə

Bakıda avtomobildən 2250 manat oğurlayan yeniyetmə saxlanılıb

Bakı şəhər sakini R.Musayevə məxsus avtomobildən 2250 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən  verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan yeniyetmə avqustun 1-də Bakı şəhər sakini R.Musayevə məxsus "Mercedes” markalı avtomobildən 2250 manat oğurlamaqda şübhəli bilinir.