Hadisə

Sumqayıtda qəzaya düşənlərin vəziyyəti necədir?

http://olke.az/uploads/1550814581/xestexana.jpg
 
Sumqayıtda sərnişin avtobusunun divara çırpılması nəticəsində yaralanan 19 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsini davam etdirir.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, yaralılardan 6 nəfər reanimasiya, 9 nəfər travmatologiya, 4 nəfər neyrocərrahiyə şöbəsindədir. Onların vəziyyətləri orta ağır və yüngül dərəcəlidir. 

Qeyd edək ki, dünən Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.