kanal14.az
kanal14.az

Arvadını başqa kişi ilə tutdu — İsmayıllıda dəhşətli cinayət

Arvadını başqa kişi ilə tutdu — İsmayıllıda dəhşətli cinayət
21-02-2019, 11:54 239 dəfə baxılıb

http://olke.az/uploads/1550730119/xeyanett.jpg
 
İsmayıllı rayonunda arvadını öldürməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

 E.Cəfərovun məhkəmə prosesinə hakim Nahid Mirzəyev sədrlik edəcək.

İttiham aktına görə, 2018-ci il iyulun 2-dən 3-nə keçən gecə Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan, 3 uşaq anası 1989-cu il təvəllüdlü Ceyhunə Adil qızı Səfərova qətlə yetirilib.

Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Ceyhunə Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyə Respublikasından yenicə qayıdıbmış.

 

İstintaq zamanı Elçin Cəfərov bildirib ki, arvadını qısqanclıq zəminində və namus üstündə öldürüb.

O, bildirib ki, arvadının başqa kişi ilə görüşə getdiyini öz gözləri ilə görüb. Ov tüfəngi ilə silahlanaraq birbaşa sevgililərin yanına gedib.

Elçin Cəfərov arvadını sevgilisi ilə birlikdə olarkən tutub. O, arvadının görüşdüyü kişini təqib etsə də, ikinci qaça bilib, qadını isə hadisə yerindəcə güllələyib.

İsmayıllı rayon prokurorluğu tərəfindən Elçin Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA