Hadisə

Doğma qızına cinsi təcazüv edən “ata” hökmdən narazıdır

http://olke.az/uploads/1549346887/tecavuzz.jpg
 
Öz doğma qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim Habil Məmmədovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin ilkin baxış iclası keçiriləcək.

Qeyd edək ki, N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır.

 

Ata N.Hacıyev qızına qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.