Hadisə

ÜZƏRİNDƏN MARİXUANA ÇIXDI

ÜZƏRİNDƏN MARİXUANA ÇIXDI
 
 
 
 
 
 

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Kanal14.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Vaqif Əhmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı bir ədəd sellofan torbada təmiz çəkisi 160 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı V.Əhmədov narkotik vasitəni çay kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib. 

Faktlarla bağlı araşdırmalar aparılır.