Hadisə

Ucarda qəza — 5 yaralı

http://olke.az/uploads/1548445718/qeza.jpg
 
Bakı-Qazax magistral yolunun 220-ci kilometrliyində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Kanalş14.az” "Report”a istinadən xəbər verir ki, hadisə magistral yolun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Müsüslü kəndində yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.