Hadisə

Gəncədə avtomobil qəzası — Ölən var

http://olke.az/uploads/1548479453/qeza.jpg
 
 
Gəncə şəhərində ölümlə nəticələnən avtomobil qəzası olub.

"Kanal14.az” Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun yaxınlığında qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində  avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1986-cı il təvəllüdlü Elnay Əliyar oğlu Hacıyev ölüb. Qəza zamanı həmçinin onun həmyerlisi, 1988-ci il təvəllüdlü Ruslan Şahbaz oğlu İbrahimov da xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.