Hadisə

Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki,DİN-dən verilən məlumta görə, rayonun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi "VAZ-21074” markalı avtomobillər toqquşub.

 

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.