Hadisə

Bakıda 25 yaşlı gəlin itkin düşdü

Bakıda 25 yaşlı gəlin naməlum şəraitdə itkin düşüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə rayonun Bahar qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Abbasov Bəxtiyar Rizvan oğlu məlumat verib.

 

O bildirib ki, iyulun 26-da həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abbasova Nabat Əli qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır.