Hadisə

Şəkidə kütləvi dava — Xəsarət alanlar var

http://olke.az/uploads/1547875449/kutlevidava.jpg
 
 
Şəki rayonunda xəsarətlə nəticələnən kütləvi dava olub.

Rayonun Qoxmuq kənd sakinləri 1973-cü il təvəllüdlü Vüqar Umar oğlu Qədirov və 1989-cu il təvəllüdlü Vüsal Hündür oğlu Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 

Müayinə zamanı V.Qədirov və V.Həşimov yaşadıqları kəndin ərazisində bir neçə şəxslə əlbəyaxa dava etdiklərini, dava zamanı xəsarət aldıqlarını bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.