Hadisə

Güclü külək dayanacağı dağıtdı — FOTO

http://olke.az/uploads/1547707552/dayan.jpg
 
Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb.

Kanal14.az  Modern.az-a istinadən verdiyi məlumatına görə, paytaxtın bəzi hissələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.

Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. 

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.