Hadisə

Bakıda partlayış – Bir ailə məhv oldu

http://azinforum.az/wp-content/uploads/2019/01/kllllll-637x330.jpg
 
 

Bakıda partlayış olub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 9-da səhər saat 4 radələrində Yasamal rayonunda baş verib.

Partlayış ikimərtəbəli yaşayış binasında qaz sızmasından qeydə alınıb. Hadisə nəticəsində mənzildə yaşayan 3 nəfər vəfat edib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

"Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.  Partlayış dalğasının təsirindən evin çöl divarı  bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış "Tofaş” markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır