Hadisə

Bakıda gənc oğlan “McDonald’s”ın binasına çıxaraq intihar etmək istədi – FHN-dən açıqlama + VİDEO

http://azinforum.az/wp-content/uploads/2019/01/fhn-1-626x330.jpg
 
 
 
 
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
 
FHN xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
 
****
 
Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.
 
"Report” hadisə şahidlərinə istinadən xəbər verir ki, gənc oğlan "Neftçilər” metrostansiyası yaxınlığında "McDonald’s”ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.
 
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.