Hadisə

Salyanda yol qəzası - 4 nəfər xəsarət aldı

http://www.unikal.org/photos/unikal/1546959433.15469589582761831034_1000x6691546959125.jpg
 
 

Yanvarın 8-də axşam saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan "Mercedes” markalı avtomobilin sürücüsünün naməlum səbəbdən idarəetməni itirməsi nəticəsində maşın maneəyə çırpılıb. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(azertac)