Hadisə

Masallıda evdə baş verən partlayışın SƏBƏBİ BİLİNDİ – CİNAYƏT İŞİ BAŞLANDI

Masallıda evdə baş verən partlayışın SƏBƏBİ BİLİNDİ – CİNAYƏT İŞİ BAŞLANDI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Masallı rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlaıq) maddəsilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib, Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib.

Əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirərkən həmin evin həyət qapısından keçən qaz borusundan qaz sızması müşahidə edilib.

Başlanmış cinayət işi Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.