Hadisə

Oğuzda iki maşın toqquşdu - Xəsarət alan var

Oğuzda iki maşın toqquşdu - Xəsarət alan var
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Həmin küçə ilə hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı Oğuz sakini, 1965-ci il təvəllüdlü Kuhi Elnur Fərman oğlunun idarə etdiyi minik avtomobili toqquşmadan sonra yol kənarındakı mağazaya çırpılıb.

Qəza nəticəsində 53 yaşlı sürücü aldığı bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Qəza zamanı avtomobillərdə olan iki qadın və iki uşaq xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.