Hadisə

Bakıda binada qaz sobası yanğına səbəb oldu: təxliyə edilənlər var

Bakıda binada qaz sobası yanğına səbəb oldu: təxliyə edilənlər var
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Bakıda hündürmərtəbəli binada qaz sobasının partlaması nəticəsində yanğın olub.

FHN-dən  verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.