Hadisə

Bakıda liftdə qorxulu hadisə – ÇƏNƏSİ SINDI

Bakıda liftdə qorxulu hadisə – ÇƏNƏSİ SINDI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bakıda liftdə bədbəxt hadisə baş verib.

Xətai rayonu Məzahir Rüstəmov küçəsi 2 ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yaşayan 1988-ci il təvəllüdlü Nəsibov Ceyhun Famil oğlu liftə minərək evinə qalxarkən xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, lift yuxarı qalxarkən qəfil 4-cü mərtəbədə dayanıb. C.Nəsibov qapını aralayaraq oranı tərk etmək istəyərkən lift yenidən hərəkətə gəlib. Bu zaman 30 yaşlı kişi liftlə şaxtanın arasında qalıb və o, ağır xəsarətlər alıb. 1 saylı şəhər xəstəxanasına çatdırılan Ceyhunun çənəsinin və körpücük sümüyünün sındığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.(publika.az)