Hadisə

“Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın söndürüldü

“Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın söndürüldü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

*   *   *12:38

"Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

"Report”un məlumatına görə, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.