Hadisə

Neft daşlarındakı qətllə bağlı şikayət

Neft daşlarındakı qətllə bağlı şikayət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Neft Daşlarında iş yoldaşını  öldürməkdə təqsirləndirilən Anar Əsgərov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, A.Əsgərov onun cəzasının yüngülləşdirilməsini istəyib.

İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə noyabrın 13-də baxılacaq.

İttihama görə, 2017-ci ildə Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında mübahisə baş verib. Mübahisəyə səbəb şit zarafatın olduğu bildirilir. Nəticədə A.Əsgərov A.Xalıqovu bıçaqlayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd