Hadisə

Evdə toy etmək istəyənlər cərimələndi

Evdə toy etmək istəyənlər cərimələndi
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Yevlaxda toy məclisi təşkil edən şəxslər müəyyən edilib.

Kanal14.az DİN Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər. 

Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.