Hadisə

Azərbaycanda daha bir narkotacir tutuldu

Azərbaycanda daha bir narkotacir tutuldu
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakıda narkotik alverçisi saxlanılıb.

Kanal14.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Həbibov Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 175 qram marixuana və  elektron tərəzi aşkar edilərək götürülüb.