Hadisə

Keçmiş məhkum maşınında narkotiklə tutuldu

Keçmiş məhkum maşınında narkotiklə tutuldu
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Kürdəmirdə narkotik alverçisi saxlanılıb.

Kanal14.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov Kürdəmir rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və 1 ədəd bıçaq aşkarlanıb. 

Ona məxsus "Priora” markalı avtomobilə baxış zamanı isə oradan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.