Hadisə

Samux və Şamaxı sakinlərindən odlu silah götürülüb

Samux və Şamaxı sakinlərindən odlu silah götürülüb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Samux və Şamaxı sakinlərindən qanunsuz odlu silah götürülüb.

Kanal14.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlarsarı kənd sakini M.Əsədovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Eyni zamanda, Şamaxı polisi tərəfindən keçirilən əməliyyat zamanı Sabir qəsəbəsi ərazisində İ.Əliyevdən müvafiq sənədləri olmayan "Stoeger” markalı ov tüfəngi aşkar edilərək götürülüb.