Hadisə

Bakıda avtomobil qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürdü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Kanal14.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.

Belə ki, dekabrın 10-u saat 7 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Məmmədov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Musayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.