Hadisə

Çayxana işlədənlər cərimələndi - FOTO

Çayxana işlədənlər cərimələndi - FOTO
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Ağdaş şəhərində çay evlərindən birinin karantin rejimi qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.

Kanal14.az DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Çayxana işlədənlər cərimələndi - FOTO