Hadisə

Daha bir koronavirus xəstəsi evi tərk etdi

Daha bir koronavirus xəstəsi evi tərk etdi
 
 
 
 

 
 
 
 
 

 
 
 

Şabran sakini olan COVID-19 xəstəsi yaşayış yerini tərk edib.

Kanal14.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Şabran rayon sakini M.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətin qarşısını dərhal alaraq, yaşadığı ünvana qaytarıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.