Hadisə

Minik və yük maşınları toqquşdu, sərnişin öldü

Minik və yük maşınları toqquşdu, sərnişin öldü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Kanal14.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 27-də saat 10 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G.Usubalıyevin idarə etdiyi "VAZ-21015” markalı minik və Bərdə rayon sakini Ə.Şirinovun idarə etdiyi "Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə G.Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.