Hadisə

“QAZel”lə "Mercedes" toqquşdu: ölən var

“QAZel”lə "Mercedes" toqquşdu: ölən var
 
 
 
 
 
 
 
 
 

Füzulidə ölümlə nəticələnən yol qəzası olub.

Kanal14.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 24-də saat 21 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi "QAZel” və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.