Hadisə

Mal-qara oğurlayan Mingəçevir sakini saxlanılıb

Mal-qara oğurlayan Mingəçevir sakini saxlanılıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Mingəçevirdən oğurladığı mal-qaranı Ağcabədidə satarkən tutulub.
Kanal14.az bildirir ki, Mingəçevir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Səbuhi Əlişov və Ağcabədi rayon sakini Etibar Quliyev iş başında ələ keçib. Onlar 3 baş iribuynuzlu heyvanı oğurlayıb satarkən saxlanılıblar. Saxlanılan şəxs Səbuhi Əlişov deyir ki, qapını daşla qıraraq inəkləri oğurlayıb:
"Qoydum maşına apardım Ağcabədiyə orda satdığım yerdə polis əməkdaşları gəldi yaxaladı”.
Faktla bağlı araşdırmlar davam etdirilir. Saxlanılan şəxslərinin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Esmira Hidayətova, Mingəçevir
 (Yeniavaz.com)