Hadisə

Çayxanaya gedənlər cərimələndi - Foto

Çayxanaya gedənlər cərimələndi - Foto
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

Kana14.az DİN-ə istinadən bildirir ki, keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub. 

 

Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Çayxanaya gedənlər cərimələndi - Foto